Daha çox sevəcəm

Daha çox sevəcəm
Şeirlər - Hekayələr
10.09.2017 5
Nə eşqdən anlamırsan nə imandan, nə dindən,

Deyirsən unut məni, cıxar at ürəyindən

Küsməyə bir səbəb yox, küsüm sənin nəyindən?

Məni ki, tanıyırsan bilirsən necə tərsəm

Səni hər gün biraz da, daha da cox sevəcəm



Demə mənə ayrılaq, uzaq ol məndən demə,

Yüz-yüz bəhanə ilə gəlmə mənim üstümə,

Nə qədər qürurlanıb gülüm dursan qəsdimə,

Məni ki, tanıyırsan bilirsən necə tərsəm

Səni hər gün biraz da, daha da cox sevəcəm



Soyuqluq eyləyirsən dərd edirsən havanı,

Düz sözü səhv eyləyib yaradırsan davanı,

Belə el məsəli var "beyni qandı cavanın"

Məni ki, tanıyırsan bilirsən necə tərsəm

Səni hər gün biraz da, daha da cox sevəcəm



Hələ əl izim qalıb sənin əl izlərində,

Sevgimin işartısın görürəm gözlərində,

Gözlər yalan danışmır, yalan var sözlərində,

Məni ki, tanıyırsan bilirsən necə tərsəm

Səni hər gün biraz da, daha da cox sevəcəmскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!