Allahı sevərsən, axtarma məni

Allahı sevərsən, axtarma məni
Şeirlər - Hekayələr
10.09.2017 7
Məni itirmisən vaxtilə özün.,

Bəs niyə axtarır hər yerdə gözün?

Görəsən son dəfə nədirki sözün?

Allahı sevərsən, axtarma məni.



Qəlbimdə tikanlar bitirib getdin,

Bütün arzuları götürüb getdin.

Sən məni o zaman itirb getdin,

Allahı sevərsən, axtarma məni.



Yoxda yollarımda gözünmü qalıb?

Nəysə söyləyəcək sözünmü qalıb?

Məni axtarmağa üzünmü qalıb?

Allahı sevərsən,a xtarma məni.



Ağla,bu sevginin ağla yaşında,

Ağla,boğulasan öz göz yaşında.

Onda görəcəksən məni qarşında,

Allahı sevərsən, axtarma məni.



Bağla yollarımı,qarşımda dağ ol,

Kim dedi,eşqimin üzünə ağ ol.

Sən məni itirdin bir dəfə sağ ol,

Allahı sevərsən, axtarma məni.



Bir eşqin oduna.,yanma alışma,

Olub o məhəbbət,ondan danışma.

Geri qaytarmağa məni çalışma,

Allahı sevərsən, axtarma məni.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!