Bağışla, İlahi

Bağışla, İlahi
Şeirlər - Hekayələr
10.09.2017 10
Bəzən dərdsizliyi dərd edib özmə

Dərdsizlik dərdimə şeir yaziram

Bəzən də güzgüdə baxıb özmə

Neyçün yaşadığmı hey axttarıram

...

Bir səbəb tapmıram, xeyrdir görən?

Səbəbsiz yaşamaq nəyə gərəkdir?

Görəsən dünyanın divarın hörən

Bilir mi, yaşamaq nəyə gərəkdir?!

...

Görəsən bu divar nə vaxt uçular?

Qorxuram qalaram daşların altda

Igidə ehtiyat yaraşıq olar

Mən qalmaq istəməm uçurum altda.

...

Canımdan dəyərli yoxumdu heçnə

Bu dünya dövrəmdə dövr edir mənim

Özgəsi qətiiyyən deyil ki, vecmə

Bu dünya mənimdir, bir təkcə mənim!

...

Dırnaqma daş dəysə nalə edərəm

Neyçün dəydiyinə səbəb gəzərəm

Nə qədər qısqancdı insanlar deyib

Hər kəsi ayağım altda əzərəm...

...

Pulum var, qüvvəmin yoxdur ki, sonu

Tutaram dünyanın sağın, solunu.

Acından camaat qırılsa olar

Əsası doydurum mən boş qarnımı.

...

Yumdum gözlərimi səsləndi biri

Söylədi " bu qədər cahillik yetər" 

Bikərə adamtək aç o gözləri

Dörd yanın möcüzə, yetər mi yetər!

...

Fironun sonundan xəbərsiz ,insan

"Tanrıyam" deyirdi firon durmadan

Allahın işinə diqqət et bir an

Bir milçək ölümə apardı onu

Son buldu fironun "Tanrılıq oynu".

..

Allahı itirib tapmısan nəyi?

Bilmirsən mal-dövlət gəldi gedərdi?

Allahı qazanıb itirdin nəyi?

Mal dövlət itməyə külək yetərdi!...

...

Şeytana, nəfsinə inanma, dayan

Bu dünya sınaqdı, dünya imtahan.

Allahı itirmə günün birində

Bədbəxttək ordata qalarsan inan.

....

Allahım, hidayət eylə bizləri

Qaytarma sinəmə boş bu əlləri

Sən axı bilirsən tüm könülləri

Bağışla, Ilahi, əfv et bizləri...



Əhəd Əhədliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!