Yadigar sandıq

Yadigar sandıq
Şeirlər - Hekayələr
10.09.2017 14
Nənəm olub daxmasında yanan şam,

Babam onun atəşiylə qızınıb.

Əl çəkərək saqqalına hər axşam,

Bir ocağın məhəbbətin qazanıb.



İşi-gücü söz olmayıb ağıza,

Vaxt olubdur ehtiyacdan don geyib.

Arxalanıb dik papağa, ağ üzə,

Təsəllidən öz donunu gen geyib.



Cehiz sandıq hay-harayla gələndə,

Demə, içi məhəbbətlə doluymuş.

Ər ürəkli, daş dözümlü gəlin də,

Bir ürəyin həyat verən qoluymuş.



Göz zilləyib gözlərinə baxanda,

Baxışlardan yenə sevda süzülür.

Babam, nənəm gün dağlardan çıxanda,

İlk eşqinən səki üstə düzülür.



Müəllif: Sərdar Zeynalскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!