Təklik

Təklik
Şeirlər - Hekayələr
10.09.2017 16
Demişdim yazmaram mən birdə şeir,

Neyniyim bu qələm sözümə baxmır.

Ruhumda arxasın çevirib gedir,

Qayıdıb bir dəfə üzümə baxmır.

 

Cana yığılmışam bu nə yaşamdır?

Dünyaya yaşamaq adıyla gəldim.

Sən demə o vaxtdan tərs gəlib işim.

Ölü doğulmuşam, mən indi bildim.

 

Uşaqkən sanmışdım hər şey gözəldir.

Hardan biləydim mən belə olacaq.

Hamı tərk edərək, çıxıb gedəcək.

Mənə məndən yaxın təklik qalacaq.

 

Yoruldum həyatdan yaman yoruldum,

Bu təklik artaraq, üzəcək məni.

Qıraqdan dəyanıb mənə baxaraq,

Başdan əyağa tək, süzəcək məni.

 

Heç kimsə soruşmur necəyəm deyə!

Tənhalıq olubdur mənim tək tənim.

Adın "təklik" qoyub, şeir yazanda.

Gördüm ki, gözlərim yaşarır mənim.



İnsan tək olanda, hər şey düşünür.

Məndə düşünərək sual verirəm.

Bu mənim həyatım, yoxsa qismətim?

Yox,yox! ola bilməz, bu mən deyiləm!



Süleyman Əliyevскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!