Novruz gəlir

Novruz gəlir
Şeirlər - Hekayələr
10.09.2017 143
Təbiət boyanıb girir min dona,

Ağaclar hörmətlə baş əyir ona.

Kədər, qüssə tükənib gəlir sona,

Xoş qədəmlə bu elə novruz gəlir.



Naxış vurur novruz çəmənə, dağa,

Bol meyvələr hədiyyə edir bağa,

Ruzi, bərəkətlə gəlir bu torpağa,

Xoş qədəmlə bu elə novruz gəlir.



Xalqımız sevinib şənlik edirlər,

Əl-ələ verirlər, yallı gedirlər.

Bayramınız mübarək olsun deyirlər,

Xoş qədəmlə bu elə novruz gəlir.



Süfrələrə naz neymətləri düzək,

Badələrə sevgi şərbəti süzək.

Kədərli ömürdən əlimizi üzək,

Xoş qədəmlə bu elə novruz gəlir.



Şamları yandıraq arzular tutaq,

Dərdlə vidalaşıb dərdi unudaq,

Gülər üzlə novruzu qarşılayaq,

Xoş qədəmlə bu elə novruz gəlir.



Müəllif: Ruslan Əliyevскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!