Ürəyinə kədər dolar

Ürəyinə kədər dolar
Şeirlər - Hekayələr
10.09.2017 8
Ürəyinə kədər dolar,

İnsan yarpaq kimi solar.

Ən son ölən ümid olar

Arzulara çatmayanda.

***

Düşər qara,yağışlara,

Səmt yönələr yoxuşlara.

Həsrət qonar baxışlara

Arzulara çatmayanda.

***

Demə,könül,mənə təkəm,

Qəm yükünü özüm çəkəm.

Göz yaşımı seltək tökəm

Arzulara çatmayanda.

***

Vermə ürək sirrin yada,

Mövlud,sirdaş yox dünyada?

Dərdi-sərim düşər yada

Arzulara çatmayanda.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!