Necə deyim ona, görən

Necə deyim ona, görən
Şeirlər - Hekayələr
10.09.2017 8
Bir qız bu gün

Yuxu basmış

xəyalımı salamladı.

Bir cüt gözlər

Ürəyimi nişanladı.



O baxışı duya-duya

Kipriyimlə od götürdüm.

O gözlərdə

alov gördüm,

Atəş gördüm,

sevgi gördüm.



Necə deyim ona görən

Qan ağlatdı mənə illər?

Sevə bilmək qüdrətimi

Alıb qaçdı coşqun sellər...



Necə deyim- bir gözələ

Vurulandan üzüm gülməz?

Həyatından əl götürər,

İnadından dönməz...

dönməz...



Necə deyim, - Ümidlərim

Heç vaxt yanmaz, 

heç vaxt sönməz?

Necə deyim, - Belə sevən

Qeyrisini sevə bilməz?



Necə deyim, sızlatmayım

Bir ürəyi acı-acı?

Necə deyim, bilə-bilə

Çox ağırdı yox cavabı?



Vahid Çəmənliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!