Səsini dadmaq üçün

Səsini dadmaq üçün
Şeirlər - Hekayələr
10.09.2017 10
Və bilmədiyin şeylərdən qorxacaqsan

Bir siqaret kimi qram-qram yanacaqsan

Qulacımdan çox uzaqdasan

Uzaqdasan...

Və sıxıcı gələcək görünməz divarlar sənə

Bezib, yandırıb, çəkib, tüstü dolduracaqsan ciyərlərinə

Mən səni çoxdan unutmuşam

Unutmuşam...

Və Bakı güldürməyəcək artıq üzünü

Beynini damcı-damcı gəmirəcək üzüntü

Hər yoxluğunda bir addım daha susmuşam

Susmuşam...

Və soyuq-gəhveyi kafelərdə tək oturacaqsan

Hər qadında, hər yataqda, hər kitabda unudalacaqsan

Hər sevişmədə, susacaqsan, susacaqsan, içinə çəkib səsini

Səsini...

Və üfüqə burulğanlar üflüyüb söndürəcəm günəşi

Xəyalımdakı bütün şəhərlər bəyaz günbəzli



Dodaqlarının zəhərindən dadmaq üçün

Dadmaq üçün...

Uzaqdasan, unutmuşam

Susmuşam

Səsini dadmaq üçün

Dadmaq üçün...

 

Ali  Khayyamскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!