Sənsiz mən

Sənsiz mən
Şeirlər - Hekayələr
10.09.2017 22
Bax mənim gözümə nələr görürsən?
Puç olmus arzular, kədər görürsən?
Yorğun baxışların arxasında sən
Ömrü heç olan bir nəfər görürsən?
Qəlbimə vurulan ox olmusan sən
Pis gündə yanımdan yox olmusan sən
Günahı özgədə niyə axtarım?
Dərdimə səbəbkar çox olmusan sən
Sən mənə öyrətdin kədəri, dərdi
Deməki bu hisslər gəldi – gedərdi
Məni tərk eyləyib gedəndən inan
Sənsiz hər saniyəm mənim hədərdi
İnan ki, unuda bilmirəm səni
Yaman bağlamısan özünə məni
Mən çox çalışırdım unutmaq üçün
Səninlə bərabər ötüb keçəni
RüFət Sabirli (Kürşad)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!