Mən yoruldum həyat

Mən yoruldum həyat
Şeirlər - Hekayələr
10.09.2017 8
Mən yoruldum həyat , gəlmə üstümə

Diz çöktüm dünyanın namərd üzünə

Gözümdən , könlümdən düşən - düşənə

Bu yetim  başıma gözdağı vermə

 

Mən yanıldım həyat, vurma üzümə

Yol verdim sevdanın ən dəlisinə

O üzdən ömrümdən gedən  - gedənə 

Bu yalnız başımı əydirmə mənim

 

Mən peşmanam həyat, sorğuya çəkmə

Dilərsən infaz et , kar etməz dilimə

Sözlərim ağırdır toxunar qəlbə..

Bu susqun ağzımı açtırtma mənim.

 

Mömin Sarıqayaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!