Nağıl kimi eşqimiz

Nağıl kimi eşqimiz
Şeirlər - Hekayələr
10.09.2017 10
Nə üzünü görmək istəyərəm

Nə də salam ver mənə

Xatirələrim də artıq yer yox sənə

Hüzn qatarında yer ayırtdım

Yolçu faktoru istəmərem gəlmə stansiyaya

Geridə qalan xatirələrlə qal baş-başa

Gündəliyində izah edərsən yaşananları

Tozlu səhifələr arasında

Dilə gəlir sözlər oxucusan gözyaşlarınla

Bir gün izah edərsən eşq nağılını

Uzun qış gecələrində yoldaş olar sənə

Hər nağılın sonu gözəl bitməz 

Göydən üç alma düşməz deyə bilməzsən biri mənə

Təxirə salınar her sey qalar başqa bahara

Küsərsən talehə qəhr edərsən yaşananlara

Tək təsəllin olar içdiyin hər bir qədəh

Dinlədiyin mahnılarda dərman olmaz dərdinə

Bax o zaman üsyan edər vurarsan şüşənin dibinə

Gözlərindən axan yaşlar da dindirməz ağrını

Yaşadıqların alt-üst etmişdir həyatını

Unudaram desən də aldadarsan özünü

Iki damla gözyaşı ələ verər səni

O`gedərkən yanında aparmışdır mənliyini

Bax o zaman anlarsan nələr itirdiyini ...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!