Məndən qalan...

Məndən qalan...
Şeirlər - Hekayələr
10.09.2017 17
Həyatdan hədiyyə bir cüt ağrı,
Əbədi qaranlığa əsir könül
İçimdə "mən" yox,
Məndən qalan qırıntılar var,dostum
Bu Bakı saf hisslərə düşməndi,dostum...
Bu günlərdə dünəndə qalan kimiyəm,
Keçmiş mənimlə yatır-durur...
Məhv edilmiş xəzinələrlə dolu dolu şəhərəm,
Məndən qalan tarix var,dostum
Bu Bakı saf hisslərə düşməndi,dostum...
Cəmiyyət qaranlıq,işıq çox dərinlikdə,
Dərinlik ruhumuzda bəlkə də,
Biz kor,duyğular kar,
Məndən qalan lal sətirlər var,dostum
Bu Bakı saf hisslərə düşməndi,dostum...
Heç kəs dəyişmir,
Gedənlər gəlmir,
Gözləyənlər ölür
Məndən qalan heç nə yoxdu bəlkə də
Bu Bakı həqiqətə düşməndi bəlkə də...
 
Müəllif: Raminскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!