Oğru qadın

Oğru qadın
Şeirlər - Hekayələr
10.09.2017 27
Son vaxtlar birazca kövrək olmuşam
Bir mahnı bəs edər ağlamaq üçün
Uçmuş xəyallara dirək olmuşam
Bu eşqi ayaqda saxlamaq üçün
Bıçaq sözləriylə, acı diliylə
Məni dilim-dilim doğruyan qadın!
Ağıla sığmayan gözəlliyiylə
Ağlımı başımdan oğruyan qadın!
Sənin soyuqluğun üşüdür məni
Ağlıma itirmək qorxusu gəlir
Gözümün yaşıyla gəl yuyum səni
Üstündən ayrılıq qoxusu gəlir
Gözümün yaşında boğulub, batdım
Adam da bu qədər qədirsiz olmaz
Şair ürəyinə yol tapan qadın
Sən yaxşı bilirsən şeirsiz qalmaz
Nə qədər sevirəm xəbərin varmı? 
Sevən bir ürəyə qıyıb gedirsən
Sənin etdiklərin haqqa sığarmı? 
Məni yarı yolda qoyub gedirsən
Gedirsən...nə deyim, sənə yaxşı yol
Ağlımı özüynən aparan qadın,
Ən böyük qarğışım...təki xoşbəxt ol
Məni xoşbəxtlikdən qoparan qadın!
 
Rəvan Məmmədliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!