Nə edim

Nə edim
Şeirlər - Hekayələr
10.09.2017 5
Nə edim,yazmayım sənə bir şeir?

Qəmli cumlələri fəth edir urək

Beyin fikirləşər,urək sev deyir,

Əllərim titrəkdir,ayaqlar urkək

 

Nə edim,sevməyim səni bir daha?

Mən ki urəyimə qanun yazmıram.

Hər dua deyirəm səni ALLAHA,

Səni duamda da tək buraxmıram.

 

Nə edim,sevəsən məni hər zaman?

Digər urəklərdən nə əksiyim var?

Bu sakit ömrumə qatıb toz-duman,

Dəyişdin ömrumu təmiz,aşikar.

 

Nə edim, ömrumu sənin ömrunə,

Ömurluk gun qatım,bağlı saxlayım?

Nə edim,bir zaman dəvətnamənə,

Adımı adının yanına yazım?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!