Ümid sənədir ancaq Azərbaycan əsgəri

Ümid sənədir ancaq Azərbaycan əsgəri
Şeirlər - Hekayələr
10.09.2017 4
Uzanır danışıqlar,

imzalanır sənədlər.

Xəritədə aləmə

Göstərilir sərhədlər.

Səsimizə səs verir

Dünya başbilənləri;

Ümid sənədir ancaq,

Azərbaycan əsgəri!

Dəyirmi masalarda

İzi var dirsəklərin,

Ağla sığan söhbəti,

Sözü var dəstəklərin.

Yardım bağlamasında

Özü var dəstəklərin,

Lap ləl-cavahir olsun

Hər yardımın dəyəri.

Ümid sənədir ancaq,

Azərbaycan əsgəri!

Diplomat cənablarin

Hər biri hörmətlidir.

Bu məqamda ölkəmə

Təşrifi qiymətlidir.

Səyi təqdirə layiq,

Rəyi ədaletlidir.

Gözdən-nəzərdən salan

Kimdir ki, bu işləri?

Ümid sənədir ancaq,

Azərbaycan əsgəri!

İşğal altında qalır

Torpağımız-daşımız,

Nələr görmür gözümüz,

Nələr cəkmir başımız…

Qarışıb bir-birinə

Baharımız-qışımız.

Çadır göstərmək olub

Hər çatana peşəmiz.

Sərgi olmasın deyə

Bu Mil-Muğan düzləri,

Ümid sənədir ancaq,

Azərbaycan əsgəri!

Ali qonaqlar gəlir

Dünyanın hər yerindən.

Ürək yanır, göz dolur

Şəhid qəbirlərindən.

Düşünüb daşınıram

Özlüyümdə dərindən;

Intiqam ala bilməz,

Məzarları bəzəyən

Ehtiram çiçəkləri

Ümid sənədir ancaq,

Azərbaycan əsgəri!

Söhbətlər çözələnir,

Bir şey görünmür hələ,

Heyyətlər təzələnir,

Bir şey görünmür hələ.

Müddətlər təzələnir,

Bir şey görünmür hələ.

Açılmır ki, açılmır

Düyünü bu torpağın.

Qov alışa bilərmi,

Od saçmasa çaxmağın?

Ildırımlardan belə

Umma bu zərrələri,

Umid sənədir ancaq,

Azərbaycan əsgəri!

Sülhə qurban kəsərəm,

Mən də qan istəmirəm!

Təzə-tər qərənfilli

Xiyaban istəmirəm!

Tükenir səbrim fəqət,

Sazişlər,

Qətnamələr,

Bəyanatlar

Kifayət!

Ziyafətlər

Kifayət!

Ziyafət dumanında

Nəzakətlər kifayət!

Yurdsuzlara yurd olan

Biyaban istəmirəm!



Yellənsin sülh bayraği!

Bu bayrağa kam baxan,

Həm baxmayan,

Həm baxan

Bədguman istəmirəm!

Sevindirsin milləti

Qoy sülhün şad xəbəri,

Ümid sənədir ancaq,

Azərbaycan əskəri!!!



Qiraət ustası Ağalar Bayramovun ifasında səslənən şeirin kompozisiyası.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!