Son xatirəm

Son xatirəm
Şeirlər - Hekayələr
10.09.2017 16
Dedin, son xatirəm quru şəkildi,

Yazdın, unudanda baxarsan ancaq.

Mən səni unutsam...düşündünmü bir,

Şəklin səndən əvvəl unudulacaq...



Bilirəm, bir daha dönməyəcəksən,

Əksin - yanan eşqin bir ovuc külü...

Özün yad ürəyi dinləyəcəksən,

Şəklinsə, qəlbimin döyüntüsünü.



Səni saxlamağa çatmadı gücüm,

Açılan nə vaxtsa solmalı imiş.

Şəklini vərəqə köçürmək üçün

Arada neqativ olmalı imiş.



Bu soyuq kağızda sevinc donubdur,

Kədərin hardasa, yol gəlor hələ.

Üzüne xəfif bir gülüş qonubdur,

Hicrana baxırsan sən gülə-gülə...



Bir anın hökmüylə dəyişir insan,

Necə əziz idi bayaq bu şəkil.

Sən özün bir sevgi xumarındasan,

Həmişə oyaqdır, oyaq bu şəkil.



Bir kağız üstündə donan ümidin 

Qəmli gözlərində əbədi ocaq,

Şəklin vaxtı sayan saat kimidir,

Yadıma düşəndə baxıram ancaq...



Nüsrət Kəsəmənliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!