Nə fayda?

Nə fayda?
Şeirlər - Hekayələr
10.09.2017 11
Hərdən olur sıxılırsan, boğulursan

-ama dinləyən yoxsa nə fayda?!

Qal sıxıntıda… öz-özünə danış, düşün,

Düşündükcə parçalansın qoy üreyin,

-param-parça… nə fayda?!

Dinləyən yox, eşidən yox…

Özün danış, özün dinlə

-nə dəyişəcək bu gedişlə?

Xəyallar qur, sonu sonsuzluğa sarı

ama gerçək olmayacağını düşün barı…

Sən olursan yenə üzülən, sən olursan yenə sıxılan, yenə boğulan.

O ki, səndən xəbərsizdi, üzülməkdə, sıxılmaqda nə fayda?

Səni görmür, sənə gəlsin

Heç eşitmir ki, dinləsin.

Sən onunçün suallar qur xəyallarda, cavab gözlə

Cavab gözlə, cavab gözlə,

Ama bu həsrət bitməz belə,

Gözlədiyin cavablar da əvəzlənir səssizliylə.

Ay ürəyim sən davam et!

Sən davam et! yaşa həyatı suallarda,

Bir az sıxıl, bir az döyün demə nə fayda

Sən də yaşa həyatını…

Hər yeni gün, yeni həftə, yeni ayda

-yenilənsin suallar da.

Sən sus, dinlə.

Qoy mən sənə sual verim "çəkdiyin bu acılarda de nə fayda"

Heç gücənmə, qoy cavabsız qalsın bu da.

Cavab versən də nə fayda?!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!