Əsgər qardaşım

Əsgər qardaşım
Şeirlər - Hekayələr
10.09.2017 16
Gedəndə su atdı anan dalınca,

Su tək aydın olsun yolun qardaşım

Tanrıdan dualar etdik sənin üçün,

Təki sən sağ qayıt əsgər qardaşım



Göydə buludlar səngimək blmir,

Yağan yağışın da ardı kəsilmir,

Düşmənin kini də tükənmək bilmir,

Bunlara dözümün olsa qardaşım.



Səngərdə yatırsan yastığın torpaq,

Üstündə yorğanın çiskin qardaşım

Qorxma dayağındır vətənin inan,

Mərd ol mətin ol əsgər qardaşım.



Anan gözü yolda səni gözlərsə,

Düşmən gülləsinə sinən sipərsə

Canın torpaq üstə qurban gedərsə,

Şəhidlik zirvəsi uca qardaşım.



Vətənin hər dövrə vardır igidi,

Babəki,Koroğlu ,Nəbi ,Həzisi,

Əhməd,Mübariz birdə Fəridi

Sənə onlara bir tay qardaşım.



Şəhidlər içində zirvədə duran,

Azadıq uğrunda canını qoyan,

Peyğəmbər nəvəsi imam Hüseyn,

Cəddi kömək olsun sənə qardaşım.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!