Nakam məhəbbət

Nakam məhəbbət
Şeirlər - Hekayələr
10.09.2017 10
Sanki bir şamam mən zülməti sökən,

Nakam məhəbbətdən dərd əzab çəkən,

Ağlayan, sızlayan, göz yaşı tökən



Bir adam görəndə xatırla məni.

Pərvanə gəlməmiş, gəlib çatmamış

Sönən şam görəndə xatırla məni.



Yüküm ağır oldu, götürmədim mən,

Nə qədər gec deyil qayıt indidən,

Əlləri üzülən, ayrılıb gedən

Bir çütlük görəndə xatırla məni.



Bir qoca adamın qaldırmadığı,

Ağır yük görəndə xatırla məni.

Mən bir tufeylitək küskün və quru,

Beynimdə minlərlə çözülməz soru,



Heç vaxt yelilməyən sınmaz qüruru

Alçalmış görəndə xatırla məni.

Qışda boz küçədə bir tufeylini

Tək qalmış görəndə xatırla məni.



Ürəyin yumşalar keçmişi ansa

Kövrək xatirələr alışıb yansa

Əgər əsəbləşib cırmamısansa

Şəklimi görəndə xatırla məni.



Toxun ürəyinə, yuxa qəlbini

Daş kimi görəndə xatırla məni.

Dəlisov təbiət mənə misaldı,

Dərdimi danıdım buludlar doldu,



Ruhum gözlərinin sakini oldu,

Güzgüyə baxanda xatırla məni.

Külək ah çəkəndə, yağış yağanda,

İldırım çaxanda xatırla məni!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!