Sənli gördüyüm yuxu

Sənli gördüyüm yuxu
Şeirlər - Hekayələr
10.09.2017 8
Sənli gördüyüm yuxu,

yozuldu sənsizliyə.

Mənim  taleyim axı,

yazıldı sənsiz niyə?

Sənlə hayatda yaşam,

sənsiz ölüm istədim.

Mən hər gün səhər-axşam,

birinizi gözlədim.



Nə sən gəldin, nə ölüm,

bezmişəm, usanmışam,

Sənsiz olsa da zülüm,

dözmüşəm, dayanmışam.

Səndən gələn hər şeyi :

əzabı da sevmişəm.

Sən uzaqdasan deyə,

uzağı da sevmişəm..

Sev məni, yaxına gəl,

sevinim mən, gülüm mən.

Bu gecə yuxuma gəl,

Sənsizliyi görüm mən..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!