Tanıya bilmirəm özümü hərdən

Tanıya bilmirəm özümü hərdən
Şeirlər - Hekayələr
10.09.2017 8
Qulaqlar dilimdən inciyər deyə

Qələmlə deyirəm sözümü hərdən

Tanıyan söyləsin,mən kiməm, nəyəm?

Tanıya bilmirəm özümü hərdən

Qara bir kölgə də aldadır məni

Doğma da,özgə də aldadır məni

Cansız bir güzgü də aldadır məni

Tanıya bilmirəm özümü hərdən

Gecikmiş baharım,tənbəl qışım var

Qaranlıq taleyim,dərdli başım var

İyirimi bayram gördüm,əlli yaşım var

Tanıya bilmirəm özümü hərdən

Düyünlü işlərə çözüm bulmuram

Heç kimə, heç nəyə lüzum olmuram

Özümdən çıxanda,özüm olmuram

Tanıya bilmirəm özümü hərdən

Bu dünya mənimçün dönüb qəfəsə

Həyatım bağlıdır quru nəfəsə

Bədənim ruhuma yad gəlir nəsə

Tanıya bilmirəm özümü hərdən

 

Rəvan Məmmədliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!