Ən gözəl mənzərə bir

Ən gözəl mənzərə bir
Şeirlər - Hekayələr
10.09.2017 21
Sən gəl təbiətin min rəsmini çək,

İnan, lazım deyil nə gül, nə çiçək,

Göylərdən, yerlərdən, qələmdən əl çək,

Ən gözəl mənzərə bir Fidanda var.



İlhama, vəcdəyə, cuşa gələrək,

Dünyanın dərdinə sinə gərərək,

Meşələr, ağaclar nəyimə gərək?

Bizə nəfəs verən Fidanımız var.



Gün o gün olsun ki, dərdim əlacı,

Başına dolansın el, qardaş-bacı.

Söyləyim, bağımın pöhrəli tacı,

Çinara çevrilmiş Fidanımız var.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!