Getdiyin o yerlər çoxmu uzaqdı?!

Getdiyin o yerlər çoxmu uzaqdı?!
Şeirlər - Hekayələr
10.09.2017 6
Getdiyin o yerlər çoxmu uzaqdı?

Çoxmu imkansızdı geri qayıtmaq?

Həsrət izlərini silib xəyaldan

Tutub əllərimdən çəkib aparmaq



Çoxmu gərəkliydi gedişin getdin,

Çoxmu çağırırdı uzaqlar səni?

Düşüb gözlərimdən yox olub itdin,

Heçmi çağırmırdı uzaqlar səni?



Heçmi istəmirdin geri qayıtmaq

Heçmi qayıtmırdı yaddaşın geri

Məni xatirindən silib unutmaq?

Heçmi sızlamırdı sevginin yeri?



Niyə ürəyimi sındırıb getdin?

Niyə arzularım puç olmalıydı?

Məni atəşlərə yandırıb getdin,

Eşqdən kor gözlərim ağlamalıydı.



Görən gözlərinin nə idi qəsdi

Niyə taleyimin yolunu kəsdi

Mən sənə ömrümü bağışlayanda

Sən elə bildinki ötəri hissdi?



Çöldə yaz yağışı çöldə nur yağır

Mənimsə həsrətim qabarıb yenə

Yagış taleyimə yaman gur yağıb

Həsrətim üstümə qabarıb yenə.



Qəlbimi çıxardıb ata bilmirəm,

Hisslərim dolaşıq taleyim kimi

Mən daha gecələr yata bilmirəm,

Səndə yata bilmə qoy mənim kimi



Sənində zamanın keçmək bilməsin,

Səndə günləri say,ayları ötür

Sənində vüqarın sınarmış belə

Qürurun yerlərdə əyildə götür.



Yolların uzanır baxışım kimi

Yolların ömrümə yaman uzaqdı

Puç olur taleyin qarğışım kimi

Getdiyin o yerlər çoxmu uzaqdı?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!