Getdi səmimiyyət

Getdi səmimiyyət
Şeirlər - Hekayələr
10.09.2017 6
Getdi səmimiyyət... 

biz yalın qaldıq,

Hicran doğru oldu, 

biz yalan olduq. 

Saxtalıq araya girəndən bəri... 

Barı öz sözünü ürək dedimi 

-Danış, 

bu soyuqluq nədəndir, bilim, 

Üzündə üç xal var 

Üç nöqtə kimi, 

Yarımçıq cümləyə bənzəmə, gülüm.

Getdi səmimiyyət, 

getdi aradan, 

Əridi, yox oldu uzaqlar kimi. 

Baxıram üzünə

hirsli anadan 

Təbəssüm gözləyən uşaqlar kimi... 

Hələ paslamnayıb xatirələr də, 

Hələ qəlbimizdə isti var bir az. 

Bir nəğmə səslənir hey pərdə-pərdə: 

"Getdi... o günlərə daha gün çatmaz!" 

Qəlbimə yamanca dolub şübhələr, 

Heç belə deyildim 

nə oldu mənə? 

İlk bahar yenidən qayıdıb gələr; 

Çiçək - xatirələr qalar çəmənə. 

Bu həsrət bəlkə də ilıq dumandır, 

Sən bir qanadısan, 

mən bir qanadı. 

Vüsala nə var ki, 

həsrət yamandır, 

Dözülməz olurmuş qısqanclıq odu. 

Getdi səmimiyyət, 

getdi aradan, 

Əridi, yox oldu uzaqlar kimi. 

Baxıram üzünə... 

hirsli anadan 

Təbəssüm gözləyən uşaqlar kimскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!