İndi bacarırsan öl yavaş-yavaş

İndi bacarırsan öl yavaş-yavaş
Şeirlər - Hekayələr
10.09.2017 29
Bir göz qırpımında sevgi yaşadın,

İndi bacarırsan öl yavaş-yavaş.

Bu kədər bir günün kədəri deyil,

Damlalar yaradır göl yavaş-yavaş...



Dərdi demirəm ki, dərd olar sənə,

Özüm öz dərdimə gülürəm yenə.

Əgər çox yanırsa ürəyin mənə,

Dərdimə şərik ol, gül yavaş-yavaş...



Keçmişə baxıram, çoxdur gedənim,

Sabah da bu günüm olar dünənim.

Qismət sənin olsun, qalıq da mənim,

Sevgini həsrətə böl yavaş-yavaş...



Yalan gerçək imiş, həqiqət yuxu,

Sənə aldanacaq hələ bir çoxu.

Ömrümün sonuna nə qalıb axı?!

Halallıq istəsən, gəl yavaş-yavaş...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!