Böldün tən məni!

Böldün tən məni!
Şeirlər - Hekayələr
10.09.2017 12
Yagisli havaydı!Görüşürdük biz.

Sanki üstümüzə çırpırdi dəniz.

Mənə darmı gəldi süründüyüm düz?

Dağa-daşa saldım o gun mən məni.



Alışdı köksümdə ocağım, közüm,

Titrədi dodağım, tərs gəldi sözüm,

"Getmə” söyləməyə gəlmədi üzüm,

Yoxluğun üşütdü, yoxsa çən məni?



Baldan şirin bildim eşqin dadını,

Eşq doğma eylədi elin yadını.

Sevgi qoysaq bağlanmağın adını,

Görən mən çox sevdim, yoxsa sən məni?



Olanları unutmuşdum, silmişdim.

Görüşünə bəhanəylə gəlmişdim.

Mən səni özüme yaxın bilmişdim,

Heç bilmədim, niyə tutdun gen məni?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!