Dünya

Dünya
Şeirlər - Hekayələr
10.09.2017 13
Yolunda sabitdir, ancaq insanı
Gah yoxuşa salır, gah düzə dünya.
Bir üzü gecədir, bir üzü gündüz
Dayanıb özüylə üz-üzə dünya.

Gah səni var sanır, gah da yox sanır,
Özü öz içində gizli saxlanır.
Gah zarafat edir, gah acıqlanır,
Təpədən dırnağa möcüzə dünya.

Özü müəmmadır, sözü tapmaca,
Oğul istəyirəm ondan baş aça.
Ahıla ahıdır, qocaya qoca,
Cavana görünür təptəzə dünya.

Bəxtiyar, qüdrətin əqlə güvəndi,
Göylərin əsrarı yerlərə endi.
Bir tükdən asılıb taleyi indi,
İnsan əməlinə kaş dözə dünya.

Bəxtiyar Vahabzadə.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!