Məzun oluram - Başlayır ömrümdə yeni günlərim...!

Məzun oluram - Başlayır ömrümdə yeni günlərim...!
Şeirlər - Hekayələr
10.09.2017 6
1)hər addım attıqca gənclik dövrünə
* Böyüyüb müassir insan oluram
* Uşaq tək qalmağa mən can atsamda
* Başara bilməyib yaşa doluram
*
* 2)Başlayır ömrümdə yeni günlərim
* Get-gedə çoxalır qəmim, kədərim
* Cavabdeh olmursa bizlərə həyat
* Onunla mənasiz ömrü neyləyim
*
* 3)Yeni gün dostlarım Salamlar məni
* Əlvida edirəm köhnə anlara
* Gələcək nə qədər nurlu olsada
* Qayıtmaq istərəm yaşananlara
*
* 4)Məktəbli illərim mənimçün artıq
* Görünməz varlıq tək əlçatmaz olub
* Bir vaxt müəlliməmçün dərdiyim güllər
* Məni gözləmədən saralıb solub
*
* 5)Sınmayır ümüdüm bəlkədə yenə
* Ötən illərimi yaşatmaq olar
* Dünənin istəyən hər bir insanda
* Sabaha sevgini oyatmaq olar
*
* 6)Qalmışam zamanın tən ortasında
* Özüm də bilmirəm nə istəyirem
* Arzular adamı çox sevindirir
* Daima yolunu mən gözləyirəm
*
* 7)Dönməsə bizlərə ötən ol günler
* Arzular, istəklər görəsən neynər?
* Kiminin əvvəli, kiminin sonu
* Bu da bizlər üçün tale oyunu
*
* 8)Dünənim, bugünüm, sabahım indi
* Mənimçün yeganə tarixli izdir
* Keçmişim qarşımda diz çökməsədə
* Gəncliyim qarşımda hər an acizdir..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!