Sanki yoxuymuşam

Sanki yoxuymuşam
Şeirlər - Hekayələr
10.09.2017 8
Yüz il əvvəl , min il əvvəl yağdığı kimi
Dolu döydü , yağış yağdı dünyaya.
Bir vaxt sənin gözlərindən baxdığı kimi
Sevgi mənim gözümlə də baxdı dünyaya.

Yağdım yağış kimi dünya üzünə
Səpildim dən kimi bitdim, qayıtdım.
Bir gəldim dünyanı düzəldəmmədim
Bir gəldim , təzədən getdim , qayıtdım.

Zamanın keçdiyi yuxulu bir köç…
Yuxusuz gözümdə bal yuxu kimi …
Sanki olmamışam bu dünyada heç .
Sanki yoxuymuşam bir çoxu kimi…

Dursun Musayevaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!