Üsyan

Üsyan
Şeirlər - Hekayələr
10.09.2017 8
Dünya, hara gedir cavanlarımız?
Aman Allah, bu necə sevməkdir
Başa salın, bir durun siz
Telefon dəstəyindən asılı qalan
Övladlarımızdan soruşağın biz
Biz cavan olmusuq,biz də sevmisik,
Bizdə abır,həya,utanmaq olub
Sevib –sevilmişik, Leyli Məcnun tək
Ailə qurmuşuq təməli möhkəm
Ailədə sevgi- hörmət qarşılıqlı
Bir yerdə yaşayıb, bir qocalmışıq.

Uzaqdan uzağa sevgimi olar?
Telefonla tanışlıq,ailə qurmaq
İndi başqa əsr, kosmos əsridir
Hər şey kompyuter,hər yer telefon
Ürəklər dəmirdən,qan sulardan
İyirmi birinci əsr:robot əsridir.

Vaxtın azlığından şikayət edir
Gecələr yazışır,gündüzlər yatır
Gecə ilə gündüzü qarışıq salır
Ömrün puç keçirir övladlarımız
Dünya, hara gedir cavanlarımız?

Dünya o dünyadır –zaman o zaman
Dəyişilən insanlar və təbiətdir
İnsanlar oxşayır zəmanəsinə
Deyib:Həzrət Əli, peygəmbərimiz
Keçmişdə,gözlərdə əks edilərdi
Necə sevməyimiz,məhəbbətimiz
İndi isə tanışlıq,telefonla olub?
Evlənib,ayrılmaq,adi hal alıb
Dünya, hara gedir cavanlarımız?

Həbibiскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!