Körpə

Körpə
Şeirlər - Hekayələr
10.09.2017 4
Körpə doguşuyla başlar həyat,
Günahsiz, məsum, varliq.
Körpə gülüşüylə gülər, kainat,
Hər şey dəyişər, bir anliq.
Körpələr dünyanin sevincidir,
Barmaqlari kövrəkdir, incədir.
Fərqi yox ağdır, yoxsa zəncidir,
Onlar, cox bahalı bir incidir.
İnsan həyatına doğan günəşsən
Arzusan, istəksən, çox-çox gərəksən.
Yaşıl çəmənlikdə açan, çiçəksən,
Yazılmış taleyə naxış, bəzəksən.
Əllərindən tutmaq, əvəz edər cahanı,Gözlərində görmək olar, ulduzlu səmanı.Sənin varlığın, unutdurar zamanı,
Sənin kimi, heçnə bəzəməz dünyani.
Sən həsrətlə gözlənən qonaqsan,
Bir çoxlari üçün, böyük sınaqsan.
Bəzən məşəqqətsən, bəzən dayaqsan.
Hələ bir şey yazılmamış,təzə varaqsan.İnsanlar həyatda cox şey üçün yaşar,
Sən olmayan evdə, gözlər dolar, boşalar.Sənin gəlişin, bütün arzuları aşar,
Sənə olan sevgi, sərhədsiz daşar.
Qəlbimdə xüsusi bir yerin var,
Yerin bütün məxluqların önündə durar.
Səni qucaqladıqda, heyrətdən qanım donar.Eh, sənsiz bu həyatım boş-boşuna yanar.Sənin həsrətinlə yanaram məndəHeç kəs bilməz, nə cəkirəm qəlbimdə.
Sənin kimi bir mələk, olsa mənimdə,
Yerə qoymazdım, gəzdirərdim köksümdə.

Bahar İslamzadə
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!