Mənə görə

Mənə görə
Şeirlər - Hekayələr
10.09.2017 12
Könül düşmə təmənnayə,
Həyat boşdu mənə görə.
Uymaq bu fani dünyaya,
Aldanışdı mənə görə.
Hər bir dərdə yanan mənəm,
Öz-özünü danan mənəm,
Niyə doğdu anam məni,
Oda düşdü mənə görə.
Gedəcəkdik niyə gəldik?
Yaranıb ölməyə gəldik?..
Ya yuxugörməyə gəldik?
Yuxu puçdu mənə görə.
Boğuluram söz içimdə,
Əriyirəm öz içimdə,
Bəbəliyim göz açanda,
Ağlamışdı mənə görə.
Ömrümüzdən ötən illər,
Xəyal olub itən illər,
Yoxluqdan müjdə gətirən
Qaranquşdu mənə görə.
Hamımız beşgünlük qonaq,
Axırınız qara torpaq...
Yaşamaqdan yaşamamaq,
Daha xoşdu mənə görə.

Cabir Novruzскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!