Gördü əyə bilməyəcək

Gördü əyə bilməyəcək
Şeirlər - Hekayələr
10.09.2017 12
Fələk min bəhanə tapıb,
Aramla dindirdi məni.
Gah mindirdi cin atına,
Gah Yerə endirdi məni.
Heç üstümə boş gəlmədi;
Güldüm deyə xoş gəlmədi.
Gözlərimdən yaş gəlmədi,
Ahımla yandırdı məni.
Nə imiş aman bu fələk,
Nə and bildi, nə duz-çörək.
Gördü əyə bilməyəcək,
Götürüb sındırdı məni.

Elman Tovuzскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!