Onu biləydim

Onu biləydim
Şeirlər - Hekayələr
10.09.2017 11
Qismətdə varsa ,səni görə biləydim,
Tanrıdan bu,istəyimə çata biləydim,
Gözlərinin atəşində yana biləydim,
Baxardım, sevirsənmi onu biləydim!
Sıxılardım qollarına bir uşaq kimi,
Köksündə çırpınardım bir ürək kimi,
Dodağından süzülən bir şərab kimi
Qəlbinə yol alıb, axa biləydim!


Allanardı yanaqlarım bir lalə kimi
Sevincdən qanadlanıb uca biləydim
Bir anlıq,o duyğulara əsir olaydım
Məni Sevirsənmi ?onu biləydim!

Gecələrə sığınmışam,sənin üzündən,
Çaşıb kalmışım,özüm özündən,
Ağlamakdan kor olsam, bilki sənin üzündən,
Sevmək üçün başqa nə lazım?onu biləydim!

Bir an sükuta,xəyala daldım,
Səssiz dəqiqələri gerçəkda sandım,
Bütün bunlara özüm aldandım,
Nə qədər gerçəksən, onu biləydim!

Döndərdin sən məni bir dilsiz daşa,
Mən,olmasamda sən firavan yaşa,
Düşünməki sənsiz yetərəm başa,
Başqa varmı istəyin?onu biləydim !

Cavabsız suallarıma cavab tapa biləydim,
Dilsiz bir ürəyimə söz yetirə biləydim,
Kaş başqasında qərar tuta biləydim,
Sonum hara varacaq ,onu biləydim !
Mənsiz xoşbəxtsən onu biləydim!

Musayeva Aynurскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!