Olmaz

Olmaz
Şeirlər - Hekayələr
10.09.2017 12
Bağlarda əsəndə payız yelləri
Ağaclar saçını yolmasa olmaz.
Cananı ürəkdən candan sevənin
Gözləri qan yaşla dolmasa olmaz.
Qəlbim xəbər verir səadətimdən
O xumar gözlərə məhəbbətimdən
Mənim bu sevdalı təbiətimdən
Könüldə nişana qalmasa olmaz.
Yar deyib danışan gülən hər aşiq
Ürəkdən dərdləri silən hər aşiq
Eşqin mənasını bilən hər aşiq.
Yar yolunda qurban olmasa olmaz.

Zabir Mikayılzadəскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!