Əzrayıl

Əzrayıl
Şeirlər - Hekayələr
10.09.2017 31
Anam ağ saçların yolub ağlayar
Bacım dizlərinə vurub ağlayar
Sevgilim yasımı tutub ağlayar
Əzrayil ruhumu əsir alanda.
Qızımın fəryadı ürək dağlayar
Oğlum bir küncdə durub ağlayar
Məni sevənlərdə yasım saxlayar
Əzrayil ruhumu əsir alanda
Bir gün ölmək üçün hər gün yaşadım
Mən dərd dünyasına sürgün yaşadım
Ömrümdə rahatca bir gün yaşadım
Əzrayil ruhumu əsir alanda
Kitabım qurandır islamdır dinim
Axirət əbədi dünyamdır mənim
Bunları söyləmək borcumdur mənim
Əzrayil ruhumu əsir alanda
Bir müsəlmantək namazdı borcum
Hər zaman pak olam ola qüsulum
Allahın önündə bükməyəm boynum
Əzrayil ruhumu əsir alanda.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!