Həsrət

Həsrət
Şeirlər - Hekayələr
10.09.2017 7
Qəlbim həsrətindən yaman nasazdır,
Bədənim nə qədər saz olsa belə.
Sən yoxsan,ömrümün bağçalarında,
Açılmır gül-çiçək yaz olsa belə.

Qorxudur arabir gözdən itməyin,
Ölümdür əbədi çıxıb getməyin,
Gözümü gözündən uzaq etməyin
Aşiq usandırır naz olsa belə.

Bu həsrət qəlbimə toxunan oxdur,
Ağlımda başqa bir düşüncə yoxdur.
Ruhun xəyalımda çoxdan da çoxdur,
Varlığın yanımda az olsa belə.

Murat Azəriскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!