Gördüm

Gördüm
Şeirlər - Hekayələr
10.09.2017 7
İçdim qurtum-qurtum baxışlarını
Bu zalım dünyanı meyxanə gördüm
Baxdım surətimə sətirlərimdə
Qəminə gülümsər divanə gördüm

Ürək yol axtarar, ürək istəsən
Arzular sözünə uçar köksümdən
Gözəl gözlərinin işığına mən
Bu dəli könlümü pərvanə gördüm

Söz oldun nitqimdən yağdın dünyaya
Gələcəm yadına, gələcəm əlbət
Bax elə gözümdən düşdü ki, qismət
Dağıldı, töküldü, viranə gördüm

Çəkdim xəyalını sətir söz ilə
Əksin şeirlərdə gizli ümüddü
Mən bu qəm girdabı, məzlum göz ilə
Səni əfsun gördüm, əfsanə gördüm

Divanə zülmündən zara gəlmədi
Payızda yox idi qiş da ki, onsuz
Bu qədər çox sevən yara gəlmədi
Daha sevdamıza biganə gördümскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!