Gəl gözüm yaşlıdı sil qoyma axsın

Gəl gözüm yaşlıdı sil qoyma axsın
Şeirlər - Hekayələr
10.09.2017 11
Sənə ehtiyacım var acı danışma
Axı sevgin gərəkdi mənə.
Sənə ehtiyacım var acı danışma
Sənin varlığın dəstəkdi mənə.

Sən soyuq olanda əlim soyuyur
Soyuq danışanda dilim soyuyur.
Bir ağac kimi köküm quruyur
Yanımda olmağın dirəkdi mənə.

Nəfəsin bəs edir xoşbəxt olmağa
Sevinib gülürəm bir gülüşünlə
Canımı tapşıranda yanağımı öpsən
Ölümə güc gələrəm bir öpüşünlə.

Fikrim,amalım səninlə olub
Ömrümü səninlə başa vurmaqdı
Demə ki ayrılaq yox olmaz əsla
Axı bu arzularımı daşa vurmaqdı.

Sən də sev mənim tək sevək sevilək
Həyatda sevməkdən axı xoş nə var
Gəl bu sevgimizin qədrini bilək
Kədərdən,əzabdan axı boş nə var?

Qoyma mən ağlıyım yadlar görəcək.
İstərsən sevgilinə kimlərsə baxsın?
Qıraqdan baxanlar mənə güləcəkскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!