Dostum

Dostum
Şeirlər - Hekayələr
10.09.2017 16
Özünü qınama vəfalı, dostum
Bu dünya əzəldən gəldi, gedərdi.
Sevgiyə inanma, aldanma, dostum
Acısı əzabdı, dərdi, kədərdi.

Baxma gözlərinə aldadır səni
Sevgidi deyərək yalvardır səni.
İnanma sevgisi yalandı, dostum,
Sonu göz yaşıdı, kədərdi, dostum.

İlahi bu sevgi bitməsin dedin,
Sevdiyim heç zaman getməsin dedin,
Saf sevgi qəlbimdə kök salıb dedin,
Birdə eşitdim ki, ayrıldıq dedin.

Sil göz yaşlarını ağlama, dostum
Qədrini bilməzə yalvarma, dostum.
Bu oyunu uduzdun ağlama, dostum,
Bir daha oynama, uduzma, dostum.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!