Qorxma özündən

Qorxma özündən
Şeirlər - Hekayələr
10.09.2017 16
Bizə öyrədiblər oyanmaq lazımdır səhər tezdən,
Təhsil,kariyera,ugur, həyatda bitmir pillələr,
Bizə öyrədiblər ki,dürüstlük əsas dəyərdi,
Valideynlər,dogmalar,qonşular və müəllimlər.
Bizə öyrədiblər ki,siqaret, həm də içki ziyandı,
Siqaret çəkən qardaşlar,içki içən atalar.
Bizə öyrədiblər ki,tələsməlisən həyat dayanmır,
Sən geciksən də olmur gecikən qatarlar.
Gün çıxanda gizlən,yağışda çətir gəzdir,
Dözməyi bacaraq ancaq,zəiflər çətin dözür.
Çəkin müdirindən,işini itirməkdən daim qorx,
Susmagı bacar,lazım deyilsə demə sözün düzün.
Göstərmə əsl üzün,səmimilik pis cəhətdi,
İnsanlar yalançı olur,bizə öyrədiblər həmişə.
Ürəyin ağrımasın kimisə görüncə dərdli,
Bizə öyrədiblər həmişə,bizə öyrədirlər həmişə...

Bizə öyrətməyiblər ölüm bir gün döyəcək qapını,
Həyat məktəb deyil ki,mümkün olsun son partada gizlənmək.
Bizə öyrətməyiblər ailə qurmaq oyuncaq deyil,
Əsas sevgidi nəinki kağızda qol çəkmək.
Bizə öyrətməyiblər həyat bəzən olur alçaq!
Sən əzab çəkəndə şəhərdə kef edir hansısa alçaq.
Sən demə qaygını verirmiş dövlət borca,
Sən böyüdükcə səndən də tez böyüyür borclar.
Bizə öyrətməyiblər xoşbəxtliyimizə gedən yol,
Sən demə keçir qəlblərdən yox,hava limanından.
Bir günə dönər imanından səmada hay-küy çıxsa.
Bizə öyrətməyiblər nə edək dost nankor çıxsa,
Öyrədə bilməz həyatı nə kitab,nə valideynlər.
Əsas atdıgın addımlar və sabah atacağın,
Həyat kosmosdu,qərarlarımız teleskop.
Gələcək təyin edir hansı tərəfə çox əl çatır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!