İnsan ürəyi

İnsan ürəyi
Şeirlər - Hekayələr
10.09.2017 16
Hər zaman anlamaq çətindir səni,
Sirli bir dünyasan, insan ürəyi.
Gah sevinc kök salır, gah da ki, kədər
Hansına sirdaşsan, insan ürəyi!?

Bəzən coşub daşır, nəğmə deyirsən.
Yadından çıxırmı dünyanın qəmi?
Bəzən dərd çox olur, lap kiçilirsən,
Küsürsən hər şeydən, insan ürəyi!

Deyirlər, şüşədir, sınsa yapışmaz
Məyər şüşəsənmi, insan ürəyi?!
Deyirlər, dəmirdir, yoxsa çəkəmməz,
Bu qədər dərdləri, insan ürəyi!

Yox, yox!! Nə dəmirdir, nə dəki, şüşə,
Dəmirdən gələrmi eşqimin səsi?!
Nəyimə lazımdır tez sınan şüşə,
De varmı oxşarın, insan ürəyi?!

Yumruq boyda ətdə bax bir mənaya
Orada yerləşir bu yer kürrəsi.
Sən isə sığmırsan bu gen dünyaya,
Ey insan ürəyi, insan ürəyi!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!