Sən məni unuda bilməyəcəksən

Sən məni unuda bilməyəcəksən
Şeirlər - Hekayələr
10.09.2017 10
Nə etsən qəlbinə gələcəm yenə,
Sən məni unuda bilməyəcəksən.
Mənə zalım deyib,vəfasız demə,
Sən məni unuda bilməyəcəksən.

Məni yuxularda görməmək üçün,
Yuxusuz açılsa hər gələcək gün.
Xəyalın mənimdir mənim büsbütün,
Sən məni unuda bilməyəcəksən.

Yazdığım sətirlər məndən olacaq,
Mənsiz sevgi dünyan qəmdən olacaq.
Mən sevdim sevgilim səndən olacaq,
Sən məni unuda bilməyəcəksən.

Gecələr bir əsən meh dönəcəm,
Mən səni ulduzdan baxıb görəcəm.
Hər gün yaddaşına gəlib deyəcəm,
Sən məni unuda bilməyəcəksən.

Nəğmələr sözümü deyəcək sənə,
Varlığın dəyişib dönəcək mənə.
Gəl zülün eyləmə sevən qəlbinə,
Sən məni unuda bilməyəcəksən.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!