Şeir misraları..

Şeir misraları..
Şeirlər - Hekayələr
10.09.2017 42
Dost axtaran dostluğun 100 şərti var
Dost odur ki, kələk quran olmasın.
Təkcə öz yerini şirin salmaqçün
Xımır-xımır qeybət qıran olmasın.

Əgər olmasaydı dəryaca dərdim
Dərdin yoxluğunu mən dərd edərdim..
Xoşbəxtlik istəsən xoşbəxti tanı
Xoşbəxt xoşbəxt edər çünki insanı..

Toy bayramdır bu dünyanın əzabı
Əqli olan ona gətirər tabı..
Qarlı dağlar aşaram,
Yorulmadan qoşaram.
1 ümid 1 işıq yox
Bilməm neçin yaşaram?

Döydü yağış məni,
Döydü qar məni,
1 qarışqa minsəm
Aparar məni..

Belə getsə sınaq quşların səsi,
Dənizin də səsi günbəgün batar.
Yubanma, əzizim, gəl qurtar məni,
Arxadan dərd çapır qorxuram çatar..

Hər 1 quş cəh-cəhi, hər çiçək ətri,
Həm eşq nəğməsidir, həm dərd mahnısı.
Hər gün, hər dəqiqə, hər insan ömrü,
Həm toy şənliyidir, həm sevgi yası..

Kimə gülzar, kimə xəzəl dünyadı,
Dünya gözəl, dünya gözəl dünyadı..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!