Təkcə mənimsən!

Təkcə mənimsən!
Şeirlər - Hekayələr
10.09.2017 9
Qəlbimin ən gözəl otağı sənin
Mənim cənnətimdir sənin gözlərin
Mənim hüzurumdur o həzin səsin
Kaş bir də sən özün, olaydın mənim

Hər günüm səninlə nurlansın mənim
Hər gün əllərini tutsun əllərim
Nə qədər desəm də qələmə yazma
Yenə sənə yazır mənim qələmim...

Görürsən? Bütün şeirlərim səndən danışır?
Sənsizlik çox çətin hisdir inan ki
Hər gecə ürəyim yanır, alışır
Qələmim dayanmır, hey səndən yazır...

Qoy yazsın qələmim durmadan səndən
Qoy vərəq dinləsin yazan qələmdən
Sən isə tək bircə oxu gözümdən
Sən mənim əbədi xoşbəxtliyimsən
Heç kimin deyilsən,təkcə Mənimsən!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!