Darıxmaq üçün sevdik bir birimizi.

Darıxmaq üçün sevdik bir birimizi.
Şeirlər - Hekayələr
10.09.2017 18
Bilirdik ki, həsrət verdi Allah bizə,
Bu sevgi ile dözürük həsrətimizə,
Bəlkə də nə vaxtsa fələk gün verə bizə,
Qovuşduq bitirdik həsrətimizi,
Darıxmaq üçün sevdik bir birimizi.

Sən mənə Ana oldun mən sənə Ata,
Sən Anam qoymadı bu fəqir bata,
Ölmüş birinə can verib cevirdin həyata
İndi həsrət nədən üzsün bizi,
Darıxmaq üçün sevdik bir birimizi.

İnanmadlq yaşayıb gördüklərimizə,
Yuxudur möcüzədir bilmədik,
Sən mənsiz mən sənsiz qala bilmədik,
Yalan dünya doğru etdi sevgimizi,
Darıxmaq üçün sevdik bir birimizi.

Allah yenidən verdi səni mənə,
Sevdirdi məni sənə səni mənə,
Bu qədər güvən verdi məndən sənə,
Tam əmin olub sevdik bir birimizi,
Darıxmaq üçün sevdik bir birimizi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!