Şair olmaq istəmirdim ay Ana...

Şair olmaq istəmirdim ay Ana...
Şeirlər - Hekayələr
10.09.2017 18
Günahımı yığın yığın yığdılar,
Başım üstə şimşək olub çaxdılar.
Düzgünümə yaman əyri baxdılar,
Şair olmaq istəmirdim ay Ana...

Bu dünyanın dərdin duyub dərindən,
Göz yaşıma baxa-baxa süründüm.
Bilmirdim ki soyuq olmaz sərindən,
Şair olmaq istəmirdim ay Ana...

Sən qadınsan sənə olmaz dedilər,
Zaman-zaman üzərimə gəldilər.
Hər kəlməmə hər sözümə öldülər,
Şair olmaq istəmirdim ay Ana...

Sözlərimdə dağı-dağa tay etdim,
Həsrətimi haray etdim hay etdim.
Sevincimi dostlarıma pay etdim,
Şair olmaq istəmirdim ay Ana...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!