Gozlərin

Gozlərin
Şeirlər - Hekayələr
10.09.2017 19
Alıbdır ağlımı heyran gözlərin,
Qurbanı olduğum ceyran gözlərin,
Ayrılıq odunda yanan işıqdır,
Bir acı nisgildir, hicran gözlərin.

Gözlərdə məna var o qədər dərin,
Qəlbindən su içir o sərin-sərin,
Ürək aynasıdır düşüncələrin,
Edir taleyinə üsyan gözlərin.

Gözlərin dünyadır, cahandır mənə,
Məni qəlb sirdaşı sayan gözlərin,
O gözlər qəsdimə durubdur yenə,
Mənim saf eşqimi duyan gözlərin.

Qəlbimin niyyəti, həm pak arzusu,
Ürəkdə bəslənən sevgi duyğusu,
Bilməzdim bu qədər sevəm doğrusu,
Mənim bu eşqimə həyan gözlərin.

Yoxdur mənim kimi onlara baxan,
Odlu baxışından yandırıb-yaxan,
Eşqim şimşək kimi göylərdə çaxan,
Həsrət çəkdiyimə əyan gözlərin.

Dadıma yetişdi mənalı güldü,
Sanki al qönçədi, ikicə güldü,
Ölsəm, bil, onların dərdindən öldüm,
Yenə də demərəm, dayan gözlərin !!!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!