Çox qəlblərdən atılacaqsan!

Çox qəlblərdən atılacaqsan!
Şeirlər - Hekayələr
10.09.2017 3
Kimi axtarırsan itirmiş kimi?
Görən hansı qəlbdə tapılacaqsan?!
Mənim həyatımı bitirmiş kimi,
Hələ çox qəlblərdən atılacaqsan!

Çox ürək sındırıb çox sökəcəksən,
Yalvarıb qarşımda diz çökəcəksən,
Hələ çox ağlayıb yaş tökəcəksən,
Ağlamaq dərdinə tutulacaqsan!

Daha inanmaram baxan gözlərə,
Yalandan parlayıb yanan közlərə,
Mənə söylədiyin yalan sözlərə,
Nə vaxtsa aldanıb satılacaqsan!

Nə günah etmişdim sevməyim ilə,
Buludlar ağlayir, qar gəlib dilə,
Yağacaq başına qəm gilə-gilə,
Kədər dəryasına qatılacaqsan...!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!